“Artıq saçımın rəngi fərqlidir, amma mən eyni insanam” – Mourinyo

İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində “Everton”la qarşılaşacaq “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, karyerası haqqında danışan portuqaliyalı mütəxəssis, London klubundakı hədəflərini açıqlayıb:

“Karyeramla bağlı heç nə dəyişməyib. Təbii ki, artıq saçımın rəngi fərqlidir, amma mən eyni insanam. Eyni prinsiplərə, həvəslərə sahibəm. İşimlə bağlı hər şeyi sevirəm. Sevmədiyim bir şey var, o da məğlubiyyətdir. Amma bunun işimizin bir parçası olduğunu bilirəm.

Baş məşqçi olmaq çox çətindir, məsələ təkcə 11 nəfəri seçmək deyil. “Tottenhem”dəki hədəfimiz hər oyunda qalib gəlməkdir. Rəqib kim olur-olsun, komandanın hər zaman bu cür özünəinama sahib olmasını istəyirəm”.

“Tottenhem” – “Everton” oyunu bu gün, saat 19:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button