“Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil”

“Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç “Gəncə”yə qarşı keçirdikləri Azərbaycan Basketbol Liqasının 6-cı turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, gürcüstanlı mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

“Bizim üçün rəqib çox güclü idi. Çox çalışdıq amma heyətdə olan itkilər matç boyu intensiv şəkildə mübarizə aparmağımıza imkan vermədi. Rəqibin heyətində çox oyunçular var. Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil. Bir neçə mövqeydə boşluqlarımız mövcuddur”.

“Gəncə” – “Lənkəran” qarşılaşması meydan sahiblərinin 94:66 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button