“Təkcə bu göstərici ilə yadda qalmaq istəmirəm” – Slot

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə klubundakı rekord nailiyyətini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Belə bir nailiyyət əldə etməkdən məmnunam, çünki məndən əvvəl “Liverpul”da çoxlu əla mütəxəssislər var idi. Amma təkcə bu göstərici ilə yadda qalmaq istəmirəm. Ümid edirəm ki, daha böyük nailiyyətlər əldə edəcəm”.

Niderlandlı mütəxəssis klub tarixində ilk 9 matçdan səkkizində qalib gələn ilk məşqçi olub.

“Liverpul” UEFA Çempionlar Liqasının ikinci turu çərçivəsində “Bolonya” ilə qarşılaşıb. Slotun komandası 2:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button