Təcavüzdə ittiham olunan Dani Alveşlə bağlı yeni sübutlar
Polis “Barselona”nın keçmiş futbolçusu Dani Alveşin gecə klubunda qadına təcavüz etməkdə təqsirli bilinməsinə dair sübutlar tapıb.
Komanda.az xəbər verir ki, bu barədə “El Periodico” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Alveşin təcavüz etdiyi iddia olunan gənc qadınla bağlı kadrlarda “ağlayan və əsəbi xanım”ı görmək olar. Daha sonra o, həkim müayinəsindən keçmək üçün xəstəxanaya aparılıb. “Qurban”da xəsarətlər və seminal mayenin izləri olduğu müəyyən edilib. Ekspertiza qadının versiyasını təsdiqləyən və Alveşin ifadələrini təkzib edən barmaq izlərini də tapıb.
39 yaşlı braziliyalı futbolçu qadına təcavüzdə ittiham olunur və o, 4 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin