Səfər matçına çıxmayan “Lerik”in cəzası açıqlandı
Azərbaycan 2-ci Liqasının 7-ci turunda “Şəfa” ilə matçda meydana çıxmayan “Lerik” klubunun cəzası məlum olub.
Komanda.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, cənub təmsilçisi səfər oyununa gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.
Bundan başqa, Vidadi Hüseynovun baş məşqçisi olduğu komanda 300 manat cərimələnib.
“Lerik” 2-ci Liqada 7 xalla 10-cu sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin