Şuşada keçiriləcək turnirə 150 min manat ayrıldı
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin mükafat fondu bəlli olub.
Şahmat federasiyasından Komanda.az-a verilən məlumata görə, yarışın ümumi mükafat fondu 150 min manat (88200 ABŞ dolları) təşkil edir.
“Shusha Chess 2022” turniri 21-24 sentyabrda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin