Superkompüter “Barselona”nın Çempionlar Liqasındakı şansını dəyərləndirib
“Opta” statistik platformasının superkompüteri “Barselona”nın UEFA Çempionlar Liqasının ümumi mərhələsindəki perspektivlərini qiymətləndirib.
Son turda “Barselona” turnir cədvəlində birincilik uğrunda mübarizə apara bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Opta”ya görə, “Barselona”nın ümumi mərhələni lider mövqedə bitirmə şansı 10,9 faiz təşkil edir. Kataloniyalıların ikinci-dördüncü yerləri tutma ehtimalı isə 89,1 faizdir.
“Barselona” yanvarın 21-də “Benfika”nı 5:4 hesabı ilə məğlub edib. Ümumi mərhələnin bitməsinə bir tur qalıb. “Barsa” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və artıq ümumi qrupda yerini təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin