Super Liqanın yeni klubundan ilk transfer
Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, tarixində ilk dəfə Super Liqada mübarizə aparmaq hüququ qazanan klub qabonlu hücumçu Aaron Salem Bopendzanı transfer edib.
Bu barədə “Hatayspor”un rəsmi saytı məlumat yayıb. Fransanın “Bordo” klubundan transfer edilən 24 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qabon yığmasının da üzvü olan Bopendza, geridə qalan mövsümü Portuqaliyanın “Feyrense” klubunda icarədə keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin