Super Liqa klubunun iki futbolçusunda koronavirus tapıldı

Türkiyə Super Liqasında mübarizə aparan daha bir klub koronavirus pandemiyası ilə sarsılıb.

Komanda.az xəbər verir ki, “Kasımpaşa”da iki nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bütün futbolçular, məşqçilər və digər çalışanlardan götürülən testlərin ikisi müsbət nəticə verib. Onların hər ikisi futbolçudu. Amma oyunçuların adları açıqlanmayıb.

Klub həmin oyunçuların müalicəsinə başlandığını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button