Super Liqa klubunda yeni hücumçu
Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Fil Dişi Sahilindən olan hücumçu Morike Fofananı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı forvard yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Fofananın son klubu Türkiyənin digər təmsilçisi “Konyaspor” olub. O, 2017-ci ildən sözügedən komandanın uğurları üçün çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin