Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Ersun Yanal çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

59 yaşlı mütəxəssislə 3.5 illik müqavilə imzalanıb. 8 ay idi işsiz olan “Fənərbaxça”nın sabiq çalışdırıcısı artıq bu gün yeni komandasını ilk məşqə də çıxarıb.

Qeyd edək ki, Ersun Yanal “Antalyaspor”da ötən ayın sonunda istefaya göndərilmiş Tamer Tunanı əvəz edib. Sözügedən komanda bu mövsüm Super Liqada keçirdiyi 8 oyunda 9 xal toplayıb və 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button