Super Liqa klubunda 2 yeni futbolçu

“Ankaragücü” heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi elitanı tərk edən “Girəsunspor”dan Hayrullah Bilazer və Riad Bayiçi heyətinə qatıb.

Azad agent statusuna malik hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Sağ cinah müdafiəçisi olan 28 yaşlı Bilazer 2020-ci ildən formasını geyindiyi “Girəsunspor”da 92 oyuna 3 qol vurub.

Bosniya və Herseqovinadan olan 29 yaşlı hücumçu Bayiç isə “Girəsunspor”a 2022-ci ilin yayında cəlb olunmuşdu. O, bu komandada 35 oyuna 14 qol vurub. Bosniyalı forvard daha öncə Türkiyədə “Konyaspor” və “Başakşəhər”in də uğurları üçün çalışıb.

Published in Dünya futbolu,

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button