Super Liqa klubu sabiq legionerini qaytardı
Türkiyənin “Kayserispor” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, bunlardan biri “Qalatasaray”dan icarəyə götürülən Əmrə Taşdemirdir. 24 yaşlı sol cinah müdafiəçisi ilə yarım illik icarə müqaviləsi imzalanıb.
Digər transfer isə rumın müdafiəçi Kristian Sapunarudu. 36 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Sapunaru mövsümün əvvəlində məhz “Kayserispor”dan ayrılaraq Super Liqanın digər təmsilçisi “Dənizlispor”a transfer olunmuş və 1+1 illik müqaviləyə imza atmışdı. Lakin tərəflər bu qış həmin müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Rumıniya yığmasının sabiq üzvü 2017-2019-cu illər aralığında da “Kayserispor”da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin