Super Liqa klubu sabiq futbolçusu ilə gücləndi

Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi sabiq hücumçusu İlhan Parlakı heyətinə qatıb.

Bu barədə Kayseri klubunun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

İlhan Parlak geridə qalan mövsümü “Ankaragücü”ndə keçirib. O, bu komandada 33 oyuna 7 qolla yadda qalıb.

“Kayserispor”un yetirməsi olan, 2004-2007-ci illər aralığında məhz bu komandadanın uğurları üçün çalışmış İlhan, sonralar “Fənərbaxça”, “Ankaraspor”, “Karabükspor”, “Kayseri Erciyesspor”, “Qaziantepspor” və “Ankaragücü”ndə forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button