Super Liqa klubu milli üzvü ilə gücləndi
Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İsveçrənin “Lütsern” klubundan kosovalı yarımmüdafiəçi İdriz Vocanı transfer edib.
Bu barədə Ankara təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
İsveçrədə dünyaya göz açan, “Lütsern”in öz yetirməsi olan İdriz Voca, 2017-ci ildən sözügedən klubun əsas komandasında çıxış edirdi. O, həm də Kosovo yığmasının formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin