Super Liqa klubu hücumçusu ilə vidalaşdı
Türkiyənin “Alanyaspor” klubu hücumçusu Kuma Babakar ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müqaviləsinin müddəti başa çatan futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Babakar 2020/21 mövsümündə İtaliyanın “Leççe” klubundan icarəyə götürülmüşdü. O, Türkiyə təmsilçisinin heyətində meydana çıxdığı 45 oyunda 18 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin