Super Liqa klubu baş məşqçisi ilə vidalaşıb
Türkiyə Super Liqasında çıxış edən “Pendikspor” baş məşqçisi İvo Vieyra ilə yollarını ayırıb.
Komanda.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, Portuqaliyadan olan 48 yaşlı mütəxəssisin müqaviləsi ləğv edilib.
“Pendikspor” 27 turdan sonra 26 xalla 19-cu pillədə qərarlaşıb. Vieyra ötən ilin oktyabrında baş məşqçi təyin edilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin