Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Fuat Çapa ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə “NTV Spor”a klubun vitse-prezidenti Hilmi Öksüz məlumat verib.
O, 51 yaşlı mütəxəssislə başa çatan müqaviləni yeniləmədiklərini bildirib. İstefanın maddi səbəblərlə əlaqəli olduğu bildirilib.
Qeyd edək ki, Fuat Çapanın rəhbərliyi altında çıxdığı 14 matçda 8 qələbə qazanan, 3 heç-heçə edən və 3 dəfə də məğlub “Kasımpaşa” bu mövsüm Super Liqanı 43 xalla 10-cu pillədə tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin