“Sumqayıt”ın qış planı müəyyənləşdi
“Sumqayıt” klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, komanda çempionatın qalan hissəsi üçün hazırlıqlarına yanvarın 4-dən etibarən Sumqayıt şəhərində start verəcək.
“Sumqayıt” toplanış dönəmində iki yoxlama oyunu keçirəcək. Komanda yanvarın 10-da “Zirə”, 14-də isə “Qəbələ” ilə qarşılaşacaq.
“Sumqayıt” Premyer Liqanın 14-cü turu çərçivəsində yanvarın 21-də səfərdə “Keşlə” ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin