“Sumqayıt”ın məşqçisi “Sabah”a məğlubiyyəti şərh etdi
“Sumqayıt”ın məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Oyuna hazırlaşmışdıq. İstəyirdik ilin son oyununda qələbə qazanaq. Hava şəraiti, zədəlilər, virusla bağlı məsələlərə görə alınmadı. Uşaqlar sona qədər mübarizə apardı.
- Baş məşqçinin, həmçinin Xocaniyazov və Xaçayevin olmaması təsirini göstərdimi?
- Əlbəttə, bəli.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin