“Sumqayıt”ın legioneri millinin matçında meydandan qovuldu
“Sumqayıt”ın futbolçusu Todor Todoroski Şimali Makedoniya yığmasının heyətində UEFA Millətlər Liqasının C Divizionu çərçivəsində Bolqarıstana qarşı keçirilən ev oyununda meydandan qovulub.
Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi görüşün 14-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
Hazırda matçda ikinci hissə oynanılır və Bolqarıstan yığması 1:0 hesabıyla öndədir.
Xatırladaq ki, Todor Todoroski cari mövsümün əvvəlindən “Sumqayıt”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin