“Sumqayıt”ın ilk rəqibi dəyişdi
Yanvarın 5-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən “Sumqayıt”ın hazırlıq planında dəyişiklik olub.
Komanda.az xəbər verir ki, komanda ilk yoxlama oyununu Macarıstan təmsilçisi “Mezököveşt” ilə deyil, Serbiyanın “Radnik” klubu ilə keçirəcək.
Qeyd edək ki, “Topkapı” hotelinin meydançasında keçiriləcək qarşılaşma yanvarın 12-də Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin