“Sumqayıt”dan Türkiyə klubu ilə məhsuldar heç-heçə

2022/23 mövsümünə hazırlığını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” qardaş ölkədə ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri Türkiyə 1-ci Liqa təmsilçisi “Bandırmaspor”la üz-üzə gəlib.

Boluda baş tutan qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə isə komandalar hərəyə 2 dəfə fərqləniblər. Yekunda matç 2:2 hesabıyla başa çatıb. “Sumqayıt”ın qollarını 58-ci dəqiqədə komandada yoxlanışda olan toqolu futbolçu Ouro-Nile Ture və 90-cı dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button