“Sumqayıt”dan ayrıldı, Portuqaliya klubu ilə müqavilə bağladı

Bu qış fasiləsində “Sumqayıt”dan ayrılan portuqaliyalı futbolçu Filipe Çabinin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, ölkəsinə qayıdan hücumameyilli yarımmüdafiəçi “Belenenseş” komandasına keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu 3-cü liqa təmsilçisi ilə müqavilə imzalayıb. Lakin müqavilənin müddəti və transferin digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Filpe Çabi “Sumqayıt”a cari mövsümün əvvəlində transfer olunmuşdu. O, Azərbaycan təmsilçisində 16 oyuna çıxsa da, qol və ya məhsuldar ötürmə ilə fərqlənməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button