“Sumqayıt”dan ayrılan futbolçu Qazaxıstan klubunda
Son mövsümdə qışda “Sumqayıt”a keçən Karim Abubakar “kimyaçılar”dan ayrılıb.
Komanda.az xəbər verir ki, qanalı futbolçu özünə yeni iş yeri tapıb. O, Qazaxıstanın “Kaspi” klubu ilə anlaşıb. Klubun mətbuat xidməti də bu keçidi açıqlayıb.
Abubakar “Sumqayıt”ın heyətində Premyer Liqada 18 matçda 3 qol vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin