“Sumqayıt” Belqrada yola düşdü
“Sumqayıt” UEFA Konfrans Liqasının 2-ci mərhələsinin “Çukariçki” ilə ilk oyunu üçün Serbiyanın paytaxtı Belqrad şəhərinə yola düşüb.
Komanda.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.
“Sumqayıt” “Çukariçki” ilə ilk oyununu iyulun 21-də keçirəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da, Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin