“Sumqayıt” Super Liqa klubu ilə qarşılaşacaq

2023/24 mövsümü üçün hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Sumqayıt” sabah qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Samir Abasovun yetirmələri Türkiyə Super Liqa təmsilçisi “Sivasspor”la üz-üzə gələcək.

“Yüksek İrtifa” məşq mərkəzinin stadionunda baş tutacaq qarşılaşmaya yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button