“Sumqayıt” son yoxlama matçının vaxtını açıqladı

“Sumqayıt” Antalya toplanışında son yoxlama oyununu Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov” komandasına qarşı keçirəcək.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Titanic Mardan” hotelinin idman kompleksində baş tutacaq qarşılaşma yanvarın 17-də yerli vaxtla saat 14:30-da start götürəcək.

Xatırladaq ki, “Sumqayıt” daha öncə Antalyada Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button