“Sumqayıt” “Lənkəran”a məğlub oldu
Azərbaycan Basketbol Liqasında 2-ci turun daha bir oyunu keçirilib.
Komanda.az xəbər verir ki, B qrupunda “Sumqayıt” evdə “Lənkəran”la qarşılaşıb.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüş qonaq komandanın 93:71 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun açılış matçında A qrupunda “Naxçıvan” NTD kollektivinə 72:71 hesabı ilə qalib gəlib.
2-ci turun digər matçları oktyabrın 26-27-də reallaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin