“Sumqayıt” israilli futbolçu ilə gücləndi

2023/2024 mövsümünə hazırlıqları Türkiyənin Ərzurum şəhərində davam etdirən “Sumqayıt” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, sözügedən klub israilli yarımmüdafiəçi Roi Kahatı heyətinə cəlb edib.

Klubun düşərgəsinə qatılan oyunçu ilə 2 illik sözləşmə bağlanılıb.

Roi Kahat karyerası ərzində ölkəsinin “Makkabi Təl-Əviv”, “Hapoel Bir Şeva”, “Makkabi Yavne”, “Makkabi Hayfa”, “Makkabi Netanya”, həmçinin Avstriyanın “Avstriya” (Vyana) klublarında forma geyinib. 31 yaşlı futbolçunun son komandası “İroni Kiryat Şmona” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button