“Sumqayıt” daha bir legionerlə yollarını ayırdı
“Sumqayıt” daha bir legionerini göndərib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “kimyaçılar” Oktavio Manteka ilə yollarını ayırıb.
Mövsümün əvvəlində Bolqarıstanın “ÇSKA 1948” klubundan “Sumqayıt”a icarə əsasında keçən 30 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti başa çatıb. Oktavioyaya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzu edilib.
Oktavio Manteka ötən mövsüm 26 Premyer Liqa və 3 kubok qarşılaşması olmaqla ümumilikdə 29 matçda meydana çıxıb. Ondan əvvəl Erik Sorqa və Abu Dosso ilə də yollar ayrılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin