“Sumqayıt” 2300, “Sabah” 1500 manat cərimə olundu

AFFA İntizam Komitəsi “Sumqayıt”ı 2300, “Sabah”ı 1500 manat cərimələyib.

Komanda.az xəbər verir ki, buna səbəb adıçəkilən komandaların Premyer Liqanın 30-cu turunda keçirdikləri oyunda qeydə alınan neqativ hallar olub.

Sumqayıt təmsilçisini “Zirə” ilə ev matçının 52-ci dəqiqəsində azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edilməsi 1500, qarşılaşmanın ardından meydana kənar şəxsin daxil olması isə 800 manat ziyana salıb.

“Qarabağ”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Sabah” buna görə 700 manat cərimələnib. Görüş bitdikdən sonra meydana kənar şəxslərin daxil olması isə bakılıları daha 800 manat xərcə salıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button