Stolüstü tennis üzrə ölkə kubokunun qalibləri məlum olub

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna yekun vurulub.

Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) Komanda.az-a verilən məlumata görə, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışın nəticələrinə əsasən qaliblər müəyyənləşib.

2004-2007-ci il təvəllüdlü qızların şəxsi mübarizəsində Ləman Abdulhəmidova, oğlanların yarışında isə Kənan Pənahov birinci yeri tutub.

2008-ci il və kiçik yaşlılar arasında keçirilən yarışda Arzu Aslanova bütün rəqiblərinə qalib gəlib. Oğlanlardan Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

2004-2007-ci il təvəllüdlü idmançıların qoşa yarışında Zemfira Mikayılova – Ləman Abdulhəmidova dueti ilə Hacımurad Məmmədbəyov – Tahir Qubadov tandemi qələbə qazanıb.

2008-ci il və kiçik təvəllüdlü tennisçilərin qoşa turnirində qızlardan Arzu Aslanova ilə Mərziyyə Nurmətova, oğlanlardan Adil Əhmədzadə ilə Rüstəm Hacılı ölkə kubokuna sahib çıxıb.

Qarışıq qoşa turnirində 2004-2007-ci il təvvəllüdlülərdən Kənan Pənahovla Ləman Abdulhəmidova, 2008 və kiçik təvəllüdlülərdən isə Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qələbə çalıb.

2004-2007-ci il yaş qrupu üzrə komanda mübarizəsində həm oğlanların, həm də qızların yarışından Təhsil RİM qalib ayrılıb. 2008-ci il və küçik təvəllüdlülərdən isə qızlardan ibarət Sumqayıt 1 saylı İOEUGİM, oğlanlardan ibarət Təhsil RİM qələbə çalıb.

Fərqlənən idmançılara AGİN-in diplomları və ASTF-nin medal və qiymətli hədiyyələri təqdim olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button