Stankoviç: “Meydana qələbə üçün çıxacağıq”

“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasına qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 33 yaşlı serbiyalı futbolçu bu gün Tiflisdə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizi çətin oyunun gözlədiyini bilirik. Rəqibi yaxşı analiz etmişik. Meydana öz oyunumuzu göstərərək, qələbə qazanmağa çıxacağıq. “İnter”də (indiki “Keşlə”) oynadığım dövrdə “Dinamo”nun hazırkı baş məşqçisi Kaxaber Tsxadadzenin rəhbərliyi altında çalışmışam. Onun Azərbaycan futbolunu yaxşı tanıdığını və futbolçulardan nə tələb etdiyini bilirik. Lakin biz Azərbaycan çempionuyuq və ümidvaram ki, ən yaxşı oyunumuzu sərgiləyəcəyik. Komandadakı dəyişikliklər müdafiə xəttinə də təsirsiz ötüşməyib. Buna baxmayaraq, yaxşı oyun sərgiləməyə çalışacağıq”.

Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button