“Stabil heyəti tapsaq, yaxşı oyun göstərəcəyik” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində doğma meydanda “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçəyə şərh verib.
Komanda.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları dilə gətirib:
“Maraqlı, dinamik, gərgin oyun oldu. Hər iki komanda qalib gələ bilərdi. 19-cu turdan 23-cü tura qədər komanda oyununda inkişaf var. Birinci hissədə kobud səhvdən sonra qol buraxdıq. İkinci hissədə meydanda tam dominantlıq etdik. Düşünürəm ki, düzgün yoldayıq. Stabil heyəti tapsaq, yaxşı oyun göstərəcəyik.
Uşaqlar yaxşı fiziki hazırlıq keçiblər. Funksional hazırlığımız 180 dəqiqəyə də çatar. 12-ci turdan sonra uğursuz nəticələr komandanın içində xof yaradıb. Qələbə qazanmaq istəyirlər. Bu, bizə bir az mane olur”.
Bizi Facebook-da izləyin