13 ilin ən yaxşısı Messi, Ronaldo isə… SİYAHI
“Squawka” nəşri Avropanın TOP-5 liqasında son 13 ildə ən çox driblinq edən futbolçunun adını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu, “Barselona”nın argentinalı futbolçusu Lionel Messidir. 32 yaşlı hücumçunun 1880 driblinq cəhdinin 57,2 faizi uğurlu olub.
İkinci sırada isə “Real”ın belçikalı oyunçusu Eden Hazarddır. Hazard 1220 cəhdin 57,1 faizində uğurlu olub.
Siyahının 3-cü sırasında isə bu yay “Fiorentina”ya keçən Frank Riberidir. Fransız futbolçu 939 cəhdin 47,9 faizində rəqiblərini keçməyib bacarıb.
İlk 10-luq
1 Lionel Messi (“Barselona”) – 1880 cəhd, 57,2 faiz
2 Eden Hazard (“Real”) – 1220, 57,1
3 Frank Riberi (“Fiorentina”) – 939, 47,9
4 Serxio Aquero (“Mançester Siti”) – 832. 46,6
5 Kriştiano Ronaldo (“Yuventus”) – 816, 44,
6 Xoakin (“Betis”) – 798, 50,9
7 Hatem Ben Arfa (klubsuz) – 770, 50,6
8 Andres İnyesta (“Vissel Kobe”) – 739, 60,9
9 Roberto Firmino (“Liverpul”) – 736, 56,8
10 Neymar (PSJ) – 734, 50,2.
Bizi Facebook-da izləyin