“Spartak”ın oyununda baş hakimlik edəcək bəstəkardan açıqlama
Rusiyalı bəstəkar, “Spartak” klubunun azarkeşi Vladimir Presnyakov Rusiya Premyer Liqasının 23-cü turunun “Lokomotiv” – “Spartak” oyununa baş hakim təyin olunub.
Komanda.az “Sport Ekspress”ə istinadən xəbər verir ki, Presnyakov oyuna hakim təyin olunmasına münasibət bildirib:
“Qarşıdakı oyunla bağlı xüsusi gözləntilərim yoxdur. Mən üç nəticədən hər hansı birinə hazıram. Elə olur ki, “Spartak” birdən-birə ayılıb güclü olur. “Dinamo”ya qalib gələcək, ya da ola bilsin ki, uduzacaq. Məğlubiyyət, heç-heçə və ya qələbə ola bilər. Bu mövsüm demək olar ki, digər mövsümlərlə eynidir”.
“Lokomotiv” – “Spartak” oyunu aprelin 2-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin