ÇL: “Sözümüzü deməyə çalışdıq”
“Latsio”nun hücumçusu Çiro İmmobile Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Bayern” üzərində qələbəni (1:0) şərh edib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı forvard hər şeyin qaydasında olduğunu bildirib:
“Sözümüzü deməyə çalışdıq və bu oyuna hazırlaşdıq. Komandanın əlindən gələni edəcəyinə əmin idim. Dedim ki, azarkeşlərimizə unudulmaz bir axşam yaşatmaq istəyirik və buna nail olduq. Qoldan əvvəl və sonra yaxşı epizodlar yaratdıq. Bəlkə də, onlardan daha yaxşı istifadə etməliydik, amma ümumilikdə hər şey qaydasındadır”.
“Bayern” – “Latsio” cavab matçı martın 6-da Münhendə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin