“Bacarmadıq, amma bu, dünyanın ən pis nəticəsi deyil” – “Aberdin”in hücumçusu
Şotlandiyanın “Aberdin” komandasının futbolçusu Konor Maklennan Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 21 yaşlı hücumçu, cavab qarşılaşmasında qələbə qazanmaq istədiklərini deyib:
“Növbəti həftə azarkeşlərimizin qarşısında oynamağa hazır olacağıq. İlk oyunda qələbə qazanmaq istəyirdik, ancaq olmadı. Məğlubiyyətə görə çox məyusuq. Bacarmadıq, amma bu, dünyanın ən pis nəticəsi deyil. Hədəfimiz ikinci oyunda qələbə qazanıb, qrup mərhələsinə yüksəlməkdir. Hər oyuna qələbə üçün çıxırıq.
İlk matçdakı stadion gözəl idi, ancaq ot örtüyü indiyədək gördüklərimin içində ən pislərdən biri idi. Bu səbəbdən, artıq sona yaxın yorulmuşduq. Su fasiləsi bizə bir az kömək edirdi. Şərtlər çətin idi. İstiliyi nəzərə almışdıq. Amma belə meydançada oynamağa öyrəşməmişik.
Həftədə iki dəfə oynamaq çətindir. Amma hədəfimiz daha irəli getmək və qrup mərhələsinə yüksəlməkdir. İstəyimiz budur”.
“Qarabağ” ilk oyunda “Aberdin”i 1:0 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab matçı avqustun 26-da, Şotlandiyada keçiriləcək.
Bizi Facebook-da izləyin