Sosial şəbəkədə ən məşhur Azərbaycan klubu – “Qarabağ”!
“Deportes&Finanzas” portalı keçən il ərzində sosial şəbəkədə ən məşhur UEFA klublarını açıqlayıb.
Komanda.az xəbər verir ki, hər ölkədən bir klubun yer aldığı siyahıda Azərbaycan çempionu “Qarabağ”ın da adı var. Ağdam təmsilçisi 2020-ci ildə sosial şəbəkədə məşhur olan yeganə Azərbaycan klubudur.
Siyahıda İngiltərədən “Liverpul”, İtaliyadan “Yuventus”, İspaniyadan “Barselona”, Fransadan PSJ, Almaniyadan “Bavariya”, Türkiyədən “Qalatasaray” kimi klublar da yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin