“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində doğma meydanda”Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Hazırda oyunla bağlı fikir bildirmək çox çətindir. Gərgin, mübarizə şəraitində keçən bir matç oldu. Futbolçularımı təbrik edirəm, bağrıma basıram. Çox vacib qələbə qazandıq. Amma qələbəni bayram etməyə vaxtımız yoxdur. Üç gün sonra səfərdə “Qəbələ” ilə vacib oyuna çıxacağıq.
Bu qələbədə qırmızı vərəqədən sonra meydana daxil olanlar çox böyük pay sahibidirlər. Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır. Qələbə qazandıq, müsbət tərəflərindən danışırıq. Amma dəyişikliklərdən sonra məğlub ola da bilərdik. O dəqiqələrdə beynimdə hər şey çox qarışıq idi. Qırmızı vərəqə planlarımıza daxil deyildi. Ani olaraq belə qərar verdik. Sevinirik ki, effektiv alındı”.
Bizi Facebook-da izləyin