“Son bir neçə il ərzində bir neçə dəfə mövqe dəyişmişəm” – “Liverpul”un futbolçusu
“Liverpul”un argentinalı yarımmüdafiəçisi Aleksis Makallister müdafiəyəmeyilli yarımmüdafiəçi rolunda özünü rahat hiss etdiyini bildirib.
Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, o, dayaq yarımmüdafiəçisi mövqeyində oynamasından narazı olmadığını deyib:
“Son bir neçə il ərzində bir neçə dəfə mövqe dəyişmişəm. Futbolçunun oyunu başa düşməsi vacibdir və bunun üzərində işləməyə çalışıram. Hər şey qaydasındadırsa, siz “altı”, “səkkiz” və “on nömrə” kimi oynaya biləcəksiz.
Dayaq yarımmüdafiəçisi mənim üçün yeni roldur, amma xoşuma gəlir. Hiss edirəm ki, burada oynaya və komandaya fayda verə bilərəm. Əvvəl rahatlıqla deyə bilərdim ki, bu mənim mövqeyim deyil, amma indi yox. Yurgen Klopp məni yeni mövqeyə qoydu və mən də əlimdən gələni etməyə çalışıram. Burada daha çox müdafiəyə kömək etməlisən. Amma bu, problem deyil, çünki mən komanda oyunçusuyam”.
Makallister yayda “Brayton”dan “Liverpul”a keçib. O, yeni mövsümdə Premyer Liqanın 10 matçında bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin