Son 5 mövsümün ən məhsuldar heç-heçəsi

Azərbaycan çempionatlarında son 5 mövsümün ən məhsuldar heç-heçəsi qeydə alınıb.

Komanda.az xəbər verir ki, bu, 2-ci Liqanın 14-cü turunda baş verib.

“Lerik” və “Dinamo” komandaları arasında matçda 8 qol vurulub – 4:4.

Ölkə çempionatında daha məhsuldar bərabərlik sonuncu dəfə 2018/19 mövsümündə gerçəkləşib. Həmin vaxt I divizionda 10 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

2019-cu il fevralın 15-də keçirilən qarşılaşmada “Səbail-2” və “Sumqayıt-2” hərəyə 5 qol vurub. Həmin görüşdən 1764 gün sonra yenə məhsuldar sülh qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button