“Son 30 dəqiqədə komandada arxayınlıq oldu” – Qarayev

“Bəlkə də, son 30 dəqiqədə komandada arxayınlıq oldu və qələbə qazanacağımızı düşündük. Bunu düşünməyə də əsas var idi. Çünki rəqibin oyuna hansısa təhlükəli müdaxiləsi yox idi”.

Komanda.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Çexiyadakı cavab maçtında “Viktoriya”ya 1:2 hesbaı ilə uduzan “Qarabağ”ın futbolçusu Qara Qarayev Bakıda jurnalistlərə açıqlamasında deyib.

Qara futbolda belə məğlubiyyətlərin hər zaman yaşandığını bildirib:

“Bəzən gözləmədiyin anda, gözləmədiyin dəqiqədə qapında qol görür və ya qol vurursan. Oyunun marağı da elə bundadır. Dünyada, Azərbaycanda və bütün arenalarda futbolun sevilməsinin ən böyük səbəblərindən biri də budur”.

Qarayev Çexiyada məğlub olsalar da, hədəflərindən uzaqlaşmadıqlarını söyləyib:

“Qarabağ” və ölkəmiz adına ən yaxşısını etməyə çalışacağıq”.

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button