
Son 18 ildə ilk dəfə
Azərbaycan kubokunun 2022/23 mövsümü iki komandanın ilk dəfə yarımfinala yüksəlməsi ilə əlamətdar olub. Buna “Səbail” və “Turan Tovuz” imza atıb.
Komanda.az xəbər verir ki, 1/4 final səddini ilk dəfə adlayanların sayında son 18 ilin rekordu qeydə alınıb. İlk dəfə yarımfinal oynayacaq komandaların sayının birdən artıq olması sonuncu dəfə 2004/05 mövsümündə qeydə alınıb.
Həmin vaxt üç komanda – “Xəzər Lənkəran”, “MKT-Araz” və “İnter” tarixdə ilk dəfə kubokun yarımfinalında oynayıb. Bu mərhələ təcrübəsinə malik yeganə klub “Bakı” olub ki, sonda yarışın qalibi adını da onlar qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin