Slot ingilis hakimlərə təsir etməyin mümkünsüzlüyündə n danışdı

“Liverpul”un baş məşqçisi Arne Slot ingilis hakimlər haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərədə məşqçilərin hakimlərə təsir edə bilmədiyini söyləyib:

“Avropa yarışlarında bir-iki dəfə görmüşəm ki, məşqçilər hakimə təsir edə biliblər. Belə anlarda düşünürsən ki, nəsə etmək lazımdır. Amma burada, İngiltərədə mən buna ümumiyyətlə rast gəlməmişəm. Bütün əvvəlki oyunlarda olduğu kimi, ötən bazar günü də emosional davranışım hakimlərə təsir etmədi”.

“Qırmızılar” bu gün İngiltərə Premyer Liqasında səfərdə “Arsenal”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button