Skopinyo kuboku: “Neftçi” “Roma”ya rəqib oldu
İtaliyanın Rieti şəhərində 17 yaşadək futbolçular arasında keçirilən Skopinyo kubokunda qrup mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, Azərbaycanı beynəlxalq turnirdə təmsil edən “Neftçi”nin müvafiq yaş qrupundan ibarət komandası C qrupunda İtaliyanın “Roma” və “Lodiciani 1927” komandasına rəqib olub.
A qrupu: “Fluminense” (Braziliya), “Fənərbağça” (Türkiyə), “Pol Kantalis” (İtaliya)
B qrupu: “İnter”, “Latsio”, “Ternana” (hamısı İtaliya)
C qrupu: “Roma”, “Lodiciani 1927” (hər ikisi İtaliya), “Neftçi” (Azərbaycan)
D qrupu: “Napoli”, “Salernitana”, “Napoli Yunayted” (hamısı İtaliya)
Bu gün start götürəcək turnir sentyabrın 2-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin