Federasiyanın keçmiş rəsmisi korrupsiyada ittiham olunur – 400 illik həbs oluna bilər

Sinqapur Futbol Assosiasiyasının keçmiş direktor müavini İkram Cit Sinq həbs oluna bilər.

Komanda.az xəbər verir ki, 40 yaşlı keçmiş funksioner həyat yoldaşı ilə birlikdə irimiqyaslı korrupsiyada ittiham olunur. Bu barədə “The Straits Time” nəşri məlumat yayıb. Xəbərdə, Sinqin 400 illik həbs cəzasına məhkum edilə biləcəyi bildirilib.

Sinq, 2019-cu ilin yanvarında Sinqabur Futbol Assosiasiyasındakı işindən qovulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button