Simeone heç-heçədən məmnun qalıb

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 8-ci turunda “Selta” ilə 1:1 hesablı heç-heçədən sonra oyundan məmnun qaldığını bildirib.

Madridlilər qarşılaşmanın 40-cı dəqiqəsindən etibarən, Kleman Lanqlenin ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəbindən azlıqda oynayıblar.

Komanda.az Madrid klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı həmişə müsbət cəhətlərə fokuslandığını deyib:

“Biz 60 dəqiqə azlıqda oynadıq, amma bütün futbolçular maksimum səylə mübarizə apardı. Buna görə çox sevinirəm. Mən həmişə müsbət cəhətlərə fokuslanıram. Bu dəfə də azlıqda qalaraq çətin vəziyyətdə idik, amma komanda çox yaxşı reaksiya göstərdi”.

Matçın 7-ci dəqiqəsində “Atletiko” hesabı açıb – Karlo Starfelt avtoqol müəllifi olub. “Selta” isə 68-ci dəqiqədə Yaqo Aspasın qolu ilə tarazlığı bərpa edib.

Simeonenin komandası 8 turdan sonra 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button