Simeone İtaliya komandasının “sükanı arxasına” keçə bilər

“İnter” gələn il baş məşqçisini dəyişə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

Hazırda italiyalı məşqçi Simone İnzaqinin rəhbərlik etdiyi “İnter” Dieqo Simeonenin xidmətində maraqlıdır. Milan klubunun rəhbərliyi argentinalı mütəxəssisin 2025-ci ilin yayında komandaya rəhbərlik etməsi üçün çalışacaq.

54 yaşlı çalışdırıcı 2011-ci ildən “Atletiko”nun baş məşqçisidir. Madridlilər onun rəhbərliyi altında 2 dəfə İspaniya çempionu olub, həmçinin Avropa Liqasını və İspaniya kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button